İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda gərginlik səngimir: Qadına şillə vuran şəxsi küçənin ortasında belə döydülər - ANBAAN VİDEO

1669 24.09.2022 14:31 Hadisə A A

Tehranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan gərginlik hələ də davam etməkdədir. 

Musavat.com xəbər verir ki, Məhsanın ölümü İran xalqını ayağa qaldırarkən, sosial mediada ölkədən yeni görüntü gündəmə gəlib.

Sözügedən görüntülərdə küçədə bir kişinin qadına şillə vuraraq motosikletlə hadisə yerindən qaçmağa çalışıb. Bu an qəzəbli kütlənin reaksiyası ilə üzləşən kişi döyülüb. 

Qeyd edək ki, Sentyabrın 16-da İranın paytaxtı Tehranda “əxlaq polisi” kimi tanınan patrullar tərəfindən saxlanıldıqdan sonra  işgəncələrə məruz qalan Məhsa Emininin vəfat etməsi ölkədə hiddətə səbəb olub. Eminin "çadra qaydalarına əməl etmədiyi" səbəbi ilə öldürülməsindən sonra başlayan nümayişlər 7 gündür ki, davam edir. Bəzi şəhərlərdə etirazçılar polis və təcili yardım maşınlarını yandırıblar. Sosial mediada paylaşılan görüntülərə görə nümayişlər ölkənin bir çox əyalət, rayon və qəsəbələrinə yayılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR