İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etiraz aksiyası şiddətlənir- Telefon operatorlarının baza stansiyası yandırıldı

594 17.12.2022 12:28 Gündəm A A

İranın molla rejiminin insan haqlarını tapdalayan siyasətinə qarşı keçirilən aksiyalar davam edir.

Musavat.com xəbər verir ki, aksiyalar getdikcə Güneyin müxtəlif şəhərlərinə yayılır.

Ötən 24 saat ərzində İranın Dehqolan, Diziçe, Zahedan, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib.
Etirazlarda “Diktatora ölüm!”, “Xameneyiyə ölüm!”, “Xameneyi qatildir, hökuməti batildir (etibarsız)!”, “Uşaq qatili hökumətə ölüm!”, “Qatil Xameneyiyə ölüm!” və digər şüarlar səsləndirilib.

İranda əmanətçilər rejimə etiraz olaraq öz pullarını banklardan çıxarır. Amma hökumət bankların nağdlaşdırma əməliyyatlarına limit tətbiq edib.

Tehran şəhərində gecə-gündüz divarlara Xameneyi əleyhinə şüarlar yazılır: "Xameneyiyə ölüm!", "Qələbə bizimlədir! və sairə.
Moniriye bölgəsinin sakinləri də bu gecə rejimə qarşı şüarlar səsləndirib: “Diktatora ölüm!”, “Xameneyiyə ölüm!”, “Xameneyi qatildir, hökuməti batildir (etibarsız)!”, “Uşaq qatili hökumətə ölüm!”, “Qatil Xameneyiyə ölüm!”.

Narmək bölgəsində etirazçılar mollanın evini yandırıb.

Tehranın Xacə Nəsir Universitetinin tələbələri həbsdə olan tələbələr azad olunana qədər tətil keçirəcəyini bildiriblər.

Molla rejimi isə həbslərə ara vermir.Şərqi Azərbaycan əyalətində, Təbriz şəhərində qadın fəal Vahidə Xanpur atasının evində İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Məşhəd Azad Universitetinin tələbəsi professorla siyasi müzakirədən sonra sinifi tərk edib və hökumət qüvvələrinin hücumundan sonra o, elan lövhəsinin şüşəsini sındıraraq intihar edib.

Əhvaz mediasının məlumatına əsasən, 9 gün öncə rejim qüvvələri tərəfindən qaçırılan 22 yaşlı əhvazlı tələbə Dünya Fərhadinin meyiti Karun çayının kənarında tapılıb.

Diziçe bölgəsində isə “İrancell” və “Raytel” telefon operatorlarının baza stansiyaları etirazçılar tərəfindən yandırılıb.

Dehqolan şəhərində aksiyalar zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirilıb.

Zahidan şəhərində isə etirazçılar "Xameneyi həya et, ölkəmizdən əl çək” şüarı səsləndiriblər. Qadınlar rejiminin etirazçıları edam etməsinə qarşı etiraz məqsədilə aksiya keçiriblər.

Aksiya iştirakçıları əllərini qan rənginə boyayaraq şüarlar səsləndiriblər: "Zalım hökumətə ölüm olsun! Bəsici və SEPAH, bizim İŞİDimiz sizsiniz!" deyiblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR