İnsanlara hürriyət, millətlərə istiqlal!

İRANDA 2,6 MİLYARD DOLLARLIQ KORRUPSİYA

2621 20.02.2012 12:41 Son xəbər A A

Xan Əmir-Xosrovi qardaşlarına məxsus olan “Arya İnvestment Company” ittiham olunan əsas tərəf hesab olunur. İran mənbələrinin xəbərinə görə, qardaşlar adıçəkilən firmanı  Gilan vilayətində mineral suların istehsalını təmin etmək üçün yaradıblar. Lakin Tehran prokuroru Abbas Gafır Dotolabadinin fikrincə, qardaşların əsas məqsədi dövlət malını talamaqdan ibarət olub. Onlar bu məqsədlə müxtəlif banklardan dotasiya alıblar.
Bu iş İran tarixində korrupsiya ilə bağlı ən iri cinayət hesab olunur. Qardaşlar bütün instansiyalarda məmurlara iri məbləğdə rüşvət verməklə istəklərinə nail olublar. Məsələn, onlar “Bank Melli İran”ın keçmiş sədrinə 3 milyon dollar rüşvət veriblər. Hazırda həmin şəxs Kanadada gizlənir...
Baş prokuror prosesin ilk gününü 220 vərəqlik ittihamnaməni oxumağa sərf edib.
Xatırladaq ki, korrupsiyaya görə İranda yalnız ölüm hökmü çıxarılır...

Elbəyi HƏSƏNLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR