İRANA SANKSİYALAR NEFTİN QİYMƏTİNİ 8 FAİZ ARTIRIB
X.Mikayılov deyir ki, Avropa Birliyini nəzərə almasaq, ən çox neft istehlak edən ölkələrin ilk beşliyini 3,5 faizlə Rusiya qapayır: “Onun da günlük istehlakı 2,9 milyon bareldir. Neft istehlak edən ölkələrdən ikisinin ABŞ və Rusiyanın həm də neft hasilatçısı olduqlarına diqqət yetirsək, o zaman ”qara qızıl"ın qiymətindəki artımın ən çox Asiya ölkələrinin iqtisdayyyatına təsir göstərəcəyini deyə bilərik. Bura ilk növbədə neft istehlakı ildə 7,5 % artan Çin və idxalının 10 %-ni İran nefti təşkil edən Yaponiya aiddir".
Məlum olur ki, Çin neftə olan tələbatının 60 faizini Yaxın Şərqin nefti hesabına ödəyir: “Səudiyyə Ərəbistanı və Anqoladan sonra İran Çinin üçüncü ən böyük neft təchizatçısıdır”.
Ekspertə görə, neftin qiymətlərindəki artım Avropa Birliyi ölkələrinə də təsir edəcək.