İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN: Ticarət mübadiləsinin qorunması üçün qonşu ölkələrlə yaxından əməkdaşlıq edirik

273 11.03.2020 16:09 Dünya A A

“İranda ilk koronavirusa yoluxma halı qeydə alındıqdan sonra aidiyyəti dövlət qurumlarının təmsil olunduğu iştirakı ilə xüsusi qərargah yaradılıb. İndiyədək qərargahın bir neçə iclası keçirilib”.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

O qeyd edib ki, koronavirus təhlükəsi ilə əlaqədar bir sıra qonşu ölkələrdə narahatlıqlar hökm sürürdü: “Biz çalışdıq ki, həmin narahatlıqları aradan qaldıraq. Bir neçə sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Eyni zamanda ticarət mübadiləsinin qorunub saxlanılması üçün dost və qonşu ölkələrlə yaxından əməkdaşlıq edirik. Sürücülər tibbi yoxlanışdan keçir və onlara sağlamlıq barədə arayış verilir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR