İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN: “Putinin Trampa İranın məktubunu verəcəyi barədə yayılan məlumatlar doğru deyil”

703 16.07.2018 15:11 Dünya A A

“İranın məktubunu Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampa verəcəyi barədə yayılan məlumat doğru deyil”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İran Xairic İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi iyulun 16-da keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya və ABŞ bu danışıqlarda ikitərəfli mövzuları müzakirə edəcəklər. Bunun İrana heç bir aidiyyəti yoxdur”, - deyə Bəhram Qasemi vurğulayıb.

İranın ali rəhbəri Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti iyulun 13-14-də Moskvaya səfər etmiş, Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü. KİV-də iranlı qonağın Vladimir Putinə Donald Trampa catacaq məktubu verdiyinə dair məlumatlar yayılmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR