İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN MİT və "Mossad"ın birgə əməliyyatına münasibət bildirib

726 24.06.2022 14:21 Region A A

İran Xarici İşlər Nazirliyi İsrail xarici işlər naziri Yair Lapidin ötən gün Türkiyənin paytaxtı Ankarada səsləndirdiyi bəyanata münasibət bildirib.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə XİN sözçüsü Səid Xətibzadə iyunun 24-də keçirdiyi brifinqdə danışıb.

“İsrailin xarici işlər naziri Yair Lapidin iddiaları gülüncdür və İran-Türkiyə münasibətlərinə xələl gətirmək məqsədi daşıyır”, - o söyləyib.

Onun fikrincə, rəsmi Tel-Əviv mətbuat vasitəsilə psixoloji əməliyyat keçirərək ictimai rəylə oynamağa çalışıb.

Xatırladaq ki, İsrail mətbuatının ötən həftə yaydığı məlumata görə, İsrail və Türkiyənin təhlükəsizlik orqanları olan Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsi (“Mossad”) və Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə əməliyyatı nəticəsində Türkiyədə İsrail vətəndaşlarını qaçırmaq istəyən İranın kəşfiyyat şəbəkəsinin planları ifşa olunub.

Ötən gün Türkiyədə səfərdə olan İsrailin XİN başçısı Y.Lapid türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi brifinqdə iki kəşfiyyat xidmətinin birgə əməliyyatını təsdiqləyərək İranı Türkiyənin suverenliyinə qəsd etməkdə suçlayıb:

“Ötən həftələrdə İsrail vətəndaşlarının həyatını xilas etmək mümkün olub. Bu, Türkiyənin İsraillə diplomatik və təhlükəsizlik sahəsində əməkdaşlığı nəticəsində mümkün olub. Türkiyə kəşfiyyatı bu yaxınlarda İranın sui-qəsd cəhdini üzə çıxarıb və bu araşdırmalar davam edir. Türkiyə hökumətinin bu peşəkar və koordinasiyalı fəaliyyətinə görə onları təbrik edirik. Bu terror aktının arxasında İran dayanır. Onlar təkcə israillilərin, günahsız turistlərin həyatını deyil, həm də Türkiyənin suverenliyinə qəsd ediblər. Heç bir ölkə buna icazə verə bilməz. Türkiyə buna, iranlılara necə cavab verəcəyini bilir, biz buna əminik. Bu mənada İsrail də boş oturmayacaq. Vətəndaşlarına qarşı hücumların qarşısını almaq üzərində işləyəcək və əlbəttə ki, Türkiyəyə səyahət xəbərdarlığımızı dəyişdirəcəyik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR