İranın Ali Dini lideri Seyid Əli Xamenei İran-Azərbaycan münasibətlərinə dair fikirlərini açıqlayıb. Bakıya qarşı Tehran rəsmiləri tərəfindən irəli sürülən ittihamları dəstəkləyib.
“Hamı xatırlasın ki, kimsə qardaşları üçün quyu qazarsa, özü ora düşər”, “Təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünən, tezliklə bunun üçün bir şapalaq alacağını bildirsin” – kimi ibarələr yer alıb.
Ayətullah Xameneinin çıxışlarından dərhal sonra İranın Xarici işlər naziri Hüseyn Əmir-Abdollahian “İran sərhədləri yaxınlığında saxta sionist rejimin varlığına və onun təxribatçı hərəkətlərinə, bölgə və sərhədlərindəki geosiyasi dəyişikliklərə heç vaxt dözməyəcəyik”, deyib.
“Dağlıq Qarabağın azad edilməsindən sonra xoşagəlməz hadisələr baş verdi... İsrail bu fürsətdən istifadə edərək Azərbaycanın bir sıra bölgələrində yer alaraq, İranın sərhədlərinə yaxınlaşmağa çalışdı. Biz bunu diplomatik kanallarla Azərbaycan hakimiyyətinə elan etdik”- deyə nazir bildiri.
Nəhayət, nazir Tehranın narazılığının əsl səbəbini açıqlayıb: “İranın Ermənistana və Dağlıq Qarabağa yanacağ tədarükünun Azərbaycan tərəfdən blokadası yolverilməzdi”. Bu, İran rəsmiləri tərəfindən ilk etirafdır. Bu bəyanatlara Azərbaycanın rəsmi mövqeyi necə olacaq? İranla gərginlik hansı həddə qədər inkişaf edə bilər?
Ermənistan hökumətinin başçısı Nikol Paşinyan da İrana təşəkkür edib: “Əminəm ki, İranlı həmkarlarımız bunu bilirlər - Ermənistan heç vaxt İrana qarşı sui -qəsddə iştirak etməyib və etməyəcək, çünki bu münasibətlər bizim üçün son dərəcə vacibdir. 90-cı illərin əvvəllərində İranın bizim üçün "həyat yolu" olduğunu heç vaxt unutmayacağıq”.
Bu arada Ermənistanın baş naziri Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu söyləyib və özü ilə mina sahələrinin xəritələrini gətirəcəyinə söz verib.
Bu gün TVMusavat-ın canlı yayınında politoloq Vaqif Hüseynlə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, siyasi şərhçi Niyaməddin Orduxanlı regiondakı proseslərlə bağlı fikir mübadiləsi aparır.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






