İnsanlara hürriyət, millətlərə istiqlal!

İran vətəndaşı Ermənistandan Avstraliyaya narkotik aparmağa cəhd edərkən tutulub

426 07.06.2023 13:53 Region A A

İran vətəndaşı Ermənistandan Avstraliyaya 1,5 kq metamfetamin göndərməyə cəhd edərkən tutulub.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Dövlət Komitəsinin əməkdaşları Ermənistandan Avstraliyaya göndərilən bağlamada narkotik maddə aşkarlayıblar. Bağlamanın İran vətəndaşına məxsus olduğu müəyyən edilib. Şübhəli şəxs saxlanılıb.

Bildirilib ki, cinayət işi aşkarlanmış narkotik vasitə ilə birgə Ermənistan İstintaq Komitəsinə təhvil verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR