İran tərəfi Xalidə Xalidi azad etmir
E.Abdullayev onu da bildirib ki, Baş Konsulluğun əməkdaşları onlarla görüşmək və vəziyyəti aydınlaşdırmaq üçün səylərini davam etdirir.
Xatırladaq ki, AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, ötən həftə İran XİN sözçüsü Abbas Əraqçı bildirib ki, İran tərəfi Azərbaycan hakimiyyətindən analoji addımı atmasını, Azərbaycanda saxlanılan İran vətəndaşı Mikayıl Kazımini azadlığa buraxacağını gözləyir. Məlumata görə, M.Kazımi Ərdəbil valiliyinin işçisidir və rəsmi nümayəndə heyətinin tərkibində Azərbaycana səfər edib və burda müəmmalı səbəblərdən həbs olunub. Ancaq hələlik Azərbaycanın rəsmi qurumları M.Kazıminin kimliyi və hansı səbəblərdən saxlanıldığı haqda bilgi verməyib. Bir sıra müşahidəçilərə görə, X.Xalidin hələ də buraxılmamasının səbəbi məhz M.Kazıminin hələ də azad olunmaması ilə əlaqədardır.