İnsanlara hürriyət, millətlərə istiqlal!

Iran: “Səudiyyə Ərəbistanı vahabi ideologiyası ilə bölgədəki terror hərəkatlarını bəsləyir”

724 26.09.2020 15:55 Dünya A A

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançı Səudiyyə Ərəbistanını bölgədəki qeyri-sabitliyin və pozuculuğun əsas mənbəsi adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, iranlı diplomat bununla Səudiyyə Ərəbistanı kraıl Salman bin Əbdüləziz Əl-Səudun BMT Baş Assambleyasındakı çıxışında ölkəsinə qarşı sərt ittihamlarına cavab verib.

Məcid Taxt-Rəvançı Ər-Riyadın vaxtilə İraq lideri Səddam Hüseynin əsas sponsoru olduğunu xatırladaraq indi də Yəmən xalqına edilən zülmdə əsas rol oynadığını bildirib.

“Səudiyyə Ərəbistanı saxtakarlıq və dezinformasiya syasəti ilə özünün dünyanın ən qanlı terror təşkilatlrını bəsləmək, insanlar arasında nifrət və təfriqə formalaşdırmaq, ekstremist ideologiyaları yaymaq, əxlaq və humanizm prisniplərini pozmaq, habelə beynəlxalq hüquq və humanitar hüquq normalarını ayaqlar altına almaqla dolu qaranlıq tarixini ört-basdır etmək istəyir”,-deyə iranlı diplomatin çıxışında qeyd olunur.

Məcid Taxt-Rəvançı səudiyyəlilərin indi də bu cür fəaliyyətlərindən əl əkmədiyini vurğulayıb: “Aydın məsələdir ki, bu ölkənin vahabi ideologiyası dünyada İŞİD və “Əl-Qaidə” kimi ən təhlükəli terror qruplaşmalarının da ilham mənbəyi sayılır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR