İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rusiya və Ukrayna arasında vasitəçiliyə hazır olduğunu bəyan edib

281 19.05.2022 22:29 Dünya A A

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiya xarici işlər naziri Sergey Lavrovla söhbətində ölkəsinin Ukraynadakı vəziyyətin həlli üçün vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi danışıqların yekunu üzrə məlumat yayıb.

"İran Ukraynadakı münaqişənin həlli üçün istənilən diplomatik cəhdləri dəstəkləyir, bu böhranın həllində vasitəçilik və kömək etməyə hazırdır", - məlumatda deyilir.

Söhbət zamanı tərəflər ikitərəfli əlaqələri, o cümlədən mədəniyyət və informasiya təhlükəsizliyi sahəsində sazişi də müzakirə ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR