İnsanlara hürriyət, millətlərə istiqlal!

İran prezidenti:"İtaliyadakı muzeydə heykəllərin üzərlərinin örtülməsini biz istəməmişik"

1572 27.01.2016 18:59 Ölkə A A
"İran tərəfi İtaliya muzeylərindəki heykəllərin üzərinin örtülməsini tələb etməyib, ancaq bu incə davranışa görə təşəkkür edirik".

"Report" xarici KİV-inə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Romada keçirdiyi mətbuat konfransında jurnalistlərin "İtaliyadakı muzeyləri gəzərkən heykəllərin üzərinin örtülməsini tələb edibsinizmi" sulanı cavablandırarkən deyib.

Məlumata görə, o, İtaliyaya səfəri çərçivəsində ölkə prezidenti Matteo Renzi ilə muzeyləri gəzərkən sənət əsəri olan abidələrin üzrə örütülüb. İtaliya KİV-i bu məsələ ilə bağlı ölkənin məsul şəxslərini qınayıb.

Həsən Ruhani bu davranışa görə təşəkkürünü bildirərək deyib: "İtaliyanların qonaqsevər olduğunu bilirəm. Qonaqların özlərini rahat hiss etmələri üçün zəhmət çəkən insanlar sağ olsun".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR