İran ordusu və məhkəmə sistemi nüvə müzakirələrini dəstəkləyib
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, ordu və məhkəmə sistemindən nüvə müzakirələrinə dəstək gəlib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi bildirib ki, İran Silahlı Qüvvələri ayətullah Xamneyinin göstərişinə əməl edərək, “altılıq” ölkələri ilə nüvə müzakirələrini aparan nümayəndə heyətini dəstəkləyir: “Ancaq müzakirələrdə düşmənin təbəssümlərinə etimad göstərməmək mövzusunda diqqətli davranmaq və onların fikrini yaxşı oxumaq lazımdır”.
Eyni zamanda İran Məhkəmə Sisteminin sədri, ayətullah Sadiq Amoli Laricani də ali dini liderin buyruğuna riayət edərək, “altılıq” ölkələri ilə nüvə müzakirələrini aparan nümayəndə heyətini dəstəklədiyini vurğulayıb.






