Rəsmi Tehran 2015-ci ildə 5+1 qrupu ilə Vyanada bağlanmış nüvə sazişi üzrə bəzi öhdəliklərinin icrasını dayandırdığını elan edib.
İranın dövlət teleradio şirkəti bildirib ki, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və Çinin İrandakı səfirləri bu barədə məlumatlandırılıblar.
Söhbət uranın və ağır suyun zənginləşdirilməsindən gedir.
Məlumata görə, prezident Həsən Ruhaninin bununla bağlı məktubu artıq sazişdə iştirak edən və ona sadiq qalan dövlətlərin diplomatik nümayəndəliklərinə göndərilib.
Oxu.az xatırladır ki, bu siyahıda ABŞ-ın yer almaması, Vaşinqtonun ötən ilin may ayında birtərəfli olaraq sazişdən çıxması ilə əlaqədardır.






