İnsanlara hürriyət, millətlərə istiqlal!

İran növbəti xəbərdarlığa qədər bütün aviareysləri ləğv edib

592 26.10.2024 09:10 Dünya A A

İranda bütün aviareyslər növbəti xəbərdarlığa qədər ləğv edilib.

“Report”un məlumatına görə, bu barədə İRNA agentliyi İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, uçuşlar bütün istiqamətlər üzrə ləğv edilib.

Xatırladaq ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR