Ötən həftəsonu vətəndaş cəmiyyətinin fəallarının, şuşalıların işğaldan azad edilən Şuşaya səfəri təşkil olunmuşdu. 28 illik həsrətdən sonra Şuşaya ayaq basan şuşalılar, eləcə də vətəndaş cəmiyyətinin üzvləri Cıdır düzündən, şəhərin hər yerindən qarış-qarış şəkillər çəkdirir, təssüratlarını bölüşür, Şuşanı ayağı altında olan Xankəndini göstərir, ora da gedəcəyimizi qeyd edirdilər. Bəs Xankəndinə necə gedəcəyik? Sülhməramlılar Xankəndindən olan azərbaycanlıların səfərini təşkil və müşayiət edə bilərmi?
Bu gün TVMusavat-ın 16:15-də canlı yayınında ötən həftə Şuşanı gəzənlərdən bir olan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova ilə səfərin təəssüratları, Xankəndi və sülhməramlılar, İrandan Xankəndinə gedən yük maşınları mövzusunda, o cümlədən QHT-lər haqda gözlənilən yeni qanun layihəsi, TƏBİB sədri Ramin Bayramlının istefası və ümumilikdə bizim məmurların istefa mədəniyyəti barədə müzakirə aparırıq. Müzakirədə tamaşaçılar da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






