İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İslam inqilabının 35 illiyi Bakıda qeyd olundu (FOTO)

1654 12.02.2014 00:08 Son xəbər A A
Fevralın 11-də Bakıda İran İslam inqilabının 35-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil olundu. Kempinski oteldə keçirilən tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatlar, rəsmi şəxslər, siyasətçilər və media iştirak edirdi. 

Quran tilavəti ilə açılan tədbirdə çıxış edən İranın Azərbaycandakə səfiri Möhsün Pkayin 1979-cu ildə İran xalqının İlsam inqilabı həyata keçirdiyini və bu inqilabın nə kommunizm, nə də liberalizmə bağlı olmadığını qeyd etdi. İranın İslam insilabından sonra böyük məsafə qət etdiyini qeyd edən səfir hazırda “altılıq” ölkələri ilə İran arasında anlaşma əldə olunduğunu və dünya güclərinin İranın dinc məqsədli nüvə enerjisi əldə etmək hüququnu tanıdığını bildirdi. 

Təbdirdə Azərbaycan dövlətini təmsil edən nəqliyyat naziri Ziya Məmmədov İslam inqilabı münasibətilə İran xalqını təbrik etdi. İki ölkə arasınd amünasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən nazir İranın Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə etdiyini xartırlatdı. 

Qeyd edək ki, tədbirdə Müsavat başqanı İsa Qəmbər, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, digər siyasi partoiya liderləri və ictimai xadimlər, o cümlədən QMİ sədri Şeyxülislam Allahşükür Pşazadə, akademik Vasim Məmmədəliyev və digər şəxslər də iştirak edirdi.

Kənan 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR