İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İraqa elektrik enerjisinin ixracını dayandırıb

230 10.08.2021 16:30 Ölkə A A

İran hökuməti defisin səbəbindən İraqa elektrik enerjisinin ixracını dayandırıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İranın elektrik enerjisinin paylanılması ilə məşğul olan şirkətin icraçı direktoru Mustafa Rəcəbi Məşhədi bildirib.

"Ölkəmizin elektrik enerjisinə olan ehtiyacı İraqa elektrik enerjisini ixracının dayandırılmasına səbəb olub", - deyə şirkətin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, ölkədə artan istehlak Əfqanıstana da elektrik enerjisinin ixracının azalmasına səbəb olub. Bu gün İrandan Əfqanıstana 13 meqavat elektrik enerjisi ixrac edilib, halbuki ötən həftə bu göstərici 100 meqavat səviyyəsində idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR