"İran İnqilab Keşikçiləri Ordusundan (SEPAH) 5 nəfər koronavirus səbəbiylə öldü".
Avropa.info xəbər verir ki, blə bir açıqlama ilə İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü Ramazan Sərif çıxış edib. SEPAH sözçüsü Bəsic qüvvələri arasında da koronavirusdan ölənlərin olduğunu deyib.
"Koronavirus nəticəsində 5 İnqilab Keşikçisi Ordusunun mənsubu və bir neçə Bəsic üzvü (milis qüvvələri ) öldü. Yoluxmuş insanların bəziləri də müalicə altındadır. Artıq 100 min SEPAH və Bəsic üzvü koronovurus yoxlamalarından keçirdilir."
Xatırladaq ki, fevralın 19-da İranın Qum şəhərində ilk dəfə aşkarlanan Kovid-19 səbəbiylə bu günə qədər 354 nəfər həyatını itirib.






