İnsanlara hürriyət, millətlərə istiqlal!

"İran hərbi gücünü nə qədər artırsa da, İsraillə savaşda qalib gələ bilməz"

701 14.04.2024 13:45 Siyasət A A

"İranın gecə əməliyyatından çıxarılacaq nəticələrdən bir daha sübut olundu ki, İran hansısa dini fanatiklər tərəfindən yox, tamamilə praqmatik və ayıq hesablamalarla hərəkət edən zehniyyət tərəfindən idarə olunur. İran hərbi gücünü nə qədər artırsa da, hələ ki İsraillə savaşda onu üstələyəcək qüdrətə çatmayıb".

Musavat.com bildirir ki, bu sözləri politoloq Şahin Cəfərli İranın İsrailə qarşı keçirdiyi gecə əməliyyatını şərh edərkən bildirib.

Politoloqun fikrincə, İran və ABŞ-ın bu sahədə müqayisəsi isə gərəksiz və gülünc işdir:

"ABŞ Ukraynaya hərbi dəstək siyasətində öz imkanlarının çox-çox altında addımlar atır. ABŞ nəinki Ukrayna ordusunun atəş gücünü yüksəldəcək silahlar, hətta sırf müdafiə xarakterli (məsələn, hava-raket hücumundan müdafiə) sistemləri belə Ukraynaya verməkdən imtina edir. Rusiyanın Ukraynada məğlub edilməsi üçün əlində bütün imkanlar olduğu halda, ABŞ bir çox səbəbdən hələ ki belə bir nəticədə maraqlı deyil. Ukraynada guya NATO-Rusiya müharibəsi getdiyi barədə fikirlər tamamilə uydurmadır. İki ildən çoxdur kənardan aldığı cüzi yardımlarla müqavimət göstərən Ukrayna ilə bacarmayan Rusiyanın konfessional hərb sahəsində NATO-nun qarşısında dayanacaq gücü və potensialı yoxdur".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR