İnsanlara hürriyət, millətlərə istiqlal!

İran fələstinlilərə yeni raket texnologiyalarını ötürməyə hazır olduğunu bəyan edib

1371 05.08.2014 09:35 Dünya A A

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əl-Ələm telekanalı “İslam keşikçiləri korpusu”nun keçmiş komandiri Möhsen Rəzaiyə istinadən məlumat yayıb.   
 
“Biz fələstinlilərə müdafiə və hərbi texnologiyaları ötürməliyik ki, onlar blokada şəraitində silah istehsal edərək özlərini müdafiə edə bilsinlər”, deyə Rəzai bildirib. O, İranın Fələstinə müdafiə məsələlərində yardım etdiyini vurğulayıb.  
 
Möhsen Rəzai həmçinin Qəzza əhalisinin İsrailin zərbələrindən qorunması üçün HƏMAS fəallarına çoxlu sayda tunellər qazmağı tövsiyə edib.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR