İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran azərbaycanlılar ilə kürdlərin arasını qarışdırmaq istəyirdi, amma… “ – ŞOK AÇIQLAMA  

1363 22.12.2022 17:49 Region A A

 

“İran rejimi bu dəfə etirazları boğa bilməyəcək. Çünki bu dəfə vəziyyət çox fərqlidir”.

Bu sözləri İsveçdə mühacir həyatı yaşayan, Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin Musavat.com-a açıqlamasında bildirib.

Mahmud Bilgin İran rejiminin artıq sona yaxınlaşdığını deyib:

“İran rejimi 2019-da 3 günün içində 1500-dən çox insanı güllələyib öldürdü, böyük fəlakət yaşandı. Bu dəfə isə daha çox insan öldürdülər və onların arasında 66 nəfəri rejimin öz içərisindən olan adamlardır. Yəni millət artıq daha qorxmur, hər kəs öz etirazını bildirir, İran rejiminin silahlı qüvvələrinə qarşı çıxır. İran rejiminin öldürdüyü 69 nəfər isə 14-17 yaşlı yeniyetmələrdir. Özünə “şiə lideriyəm” deyən bir hökumət uşaqları öldürərək, hakimiyyətdə qala biləcəkmi?”

Mahmud Bilgin həmçinin bildirib ki, İran rejimi etirazların ilk vaxtlarında bu məsələni etnik məsələ kimi qaldırmağa çalışıb:

“Bununla da istəyirdi ki, türkləri daha çox qırsın. Xatırlayırsınızsa, ötən ay Şiraz məbədinə hücum edildi, insanlar öldürüldü. Bu məsələdə İranın birbaşa əli var idi, amma günahı Azərbaycanın üzərinə atmaq istəyirdi, alınmadı. Görəndə ki, bu planı alınmır, günahı Türkiyənin üzərinə atmağa çalışdı, bu da alınmayanda Ərəbistanın üzərinə atdı. Yəni, xalqlar arasında çaxnaşma yaratmaq istəyirdi, amma alınmadı. Çalışırdı ki, kürdlərlə azərbaycanlıların arasını qarışdırsın. Bəli, bizim kürdlərlə ciddi problemlərimiz olub. Amma indi məsələ kürdlük, türklük deyil, əsas məqsəd İran rejiminin məhv olmasına nail olmaqdır”.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR