“Iran Air” aviaşirkəti 17 illik fasilədən sonra İspaniyaya geri dönür.
AZƏRTAC xəbər verir ki, “Iran Air” Madrid və Tehran arasında birbaşa reys tətbiq edir. Reyslər həftədə bir dəfə - çərşənbə günlərində yerinə yetiriləcək.
Aviaşirkətin İspaniyaya qayıtması özəl “Maham Air” aviaşirkətinin bu vaxtadək Barselonaya uçan reysin ləğvindən sonra baş tutub.






