İRAN 2012-də VURULACAQ?
Politoloq Vəfa Quluzadə bu sözləri İran ətrafında yaranmış vəziyyəti şərh edərkən söylədi. Bəzi ekspertlərin İrana qarşı sərt addımların regiona, o cümlədən Azərbaycana demokratiya gətirə biləcəyi barədə fikirləri ilə ekspert birmənalı şəkildə razılaşmır. V.Quluzadə İrana qarşı müharibə gözləntilərinin xeyli real olduğu qənaətindədir: “Ona görə ki, İran elə bil daim müharibəni arzulayır. İranın Hörmüz körfəzini bağlaması şantaj idi. Ancaq yekunda körfəzi bağlamağa risk etmədi. Əksinə, ora Amerikanın hərbi dəniz qüvvələrinə məxsus gəmilərinin sayı artırıldı. Üstəlik, İrana qarşı ABŞ və Avropanın sanksiyalarının da sayı artdı”. Ancaq politoloq qonşu ölkənin zərbələrdən xilasını da mümkün sayır: “Əgər İran xalqı özünü bu rejimdən xilas edərsə, dünyaya meydan oxuyan, ölkələri hədələyən hakimiyyətin əvəzinə normal qüvvələr iqtidara gələrsə, o halda hərbi yola ehtiyac qalmayacaq”. V.Quluzadə müharibənin Azərbaycana dəhşətli fəlakətlər vəd etdiyi barədə fikirləri bölüşmür: “Azərbaycanı qorxutmaq lazım deyil. İranda çevriliş olanda Azərbaycana nə təsiri oldu ki? Bəli, İrandan Azərbaycana şiə islamını eksport etmək istədilər. Vaxtilə bunun qarşısını Heydər Əliyev aldı, indi də İlham Əliyev buna imkan verməyəcək. Ona görə də İranda baş verənlərin Azərbaycana ciddi təsiri real deyil. Azərbaycan xalqının İslama ehtiyacının böyük olmasından qonşu dövlətlər, İranla yanaşı ərəb dövlətləri də siyasi məqsədlər üçün sui-istifadə etmək istəyir. Ancaq hakimiyyət bu halların qarşısını almaq iqtidarındadır”.
Ekspert 2012-ci ilin müharibə ili olub-olmayacağı barədə konkret proqnoz vermədi: “Proqnozlar çox vaxt özünü doğrultmur. Məsələn, 2012-ci il Rusiya üçün çox çətin olacaq. Lakin rus imperiyasının bu il, yoxsa sonrakı illərdə çökəcək, bunu dəqiq surətdə demək mümkünsüzdür. Ancaq bu çöküş mütləqdir. Çünki nəzəriyyə onu deyir ki, heç bir imperiya əbədi qalmır. Rusiya artıq inqilaba hamilə olduğu üçün onun İranı dəstəkləməsi mümkün deyil”.
REAL hərəkatının həmsədri İlqar Məmmədov İrandakı nüvə layihəsi ilə bağlı ABŞ-ın, xüsusilə də İsrailin narahat olduğunu vurğuladı: “Amma cəmi bir ay öncə mən Kanadada İsrailin müdafiə naziri Ehud Barakın da iştirak etdiyi konfransa qatılmışdım. O, İsrailin siyasəti haqda danışdı və dedi ki, ola bilsin İrana qarşı hücum baş versin, amma hələ İsrailin qəti qərarı yoxdur”. İ.Məmmədov deyir ki, müharibə başlasa, bunun Azərbaycana təsiri çox acınacaqlı ola bilər: “Ancaq bu, ilk növbədə İranın reaksiyasından asılıdır. İrandan hərbi cavab olacaqsa, böyük müharibə başlayacaq və bunun Azərbaycana təsiri çox ciddi olacaq. Yox, əgər İran təmkinli davranacaqsa, o halda ssenari ayrı istiqamətdə cərəyan edə bilər. Hər halda, Azərbaycan dövləti hazır olmalıdır”. REAL həmsədri Azərbaycanın bu proseslərdən götürə biləcəyi dividentlər barədə də danışdı: “Bizim üçün əsas önəmlisi Qarabağın qaytarılmasıdır. Bu mənada fürsətlər yarana bilər. Azərbaycanın hərbi potensialı imkan verirsə, o fürsətdən istifadə etmək olar”.