Türkiyədə yaşayan müğənni İradə İbrahimova rejissor Nail Naiboğlunun instaqram layihəsinin qonağı olub.
Musavat.com xəbər verir ki, ifaçı ATV-nin ona qoyduğu efir qadağasından danışıb: "Ərə gedəndə sənətimin zirvəsində idim. Gün ərzində 10 verilişə qatılırdım. İndi düşünürəm ki, indiki durumda onu bacarmazdım. Bir dəfə proqramda oxuyanda maşınımın şüşəsini sındırıb çantamı oğurlamışdılar. İşə polis qarışdı. Həmin gün də ATV kanalında bir işçinin toyuna çağrılmışdım. Gedə bilmədim. Kanaldan da elə bildilər hörmətsizlik etmişəm və mənə bir müddət qadağa qoydular".
İradə xalq arti Röya Ayxanla barışdığını da açıqlayıb.
Könül,
Musavat.com






