İnsanlara hürriyət, millətlərə istiqlal!

«BAKCELL» KLASS ABUNƏÇİLƏRİNƏ İKİ TARİF TƏQDİM EDİR

2596 24.01.2012 09:16 İqtisadiyyat A A

“Klass 7" tarifi çərçivəsində «Bakcell» abunəçiləri danışıq haqqını hər limitsiz zəngə görə ödəyəcəklər*. Sevimli nömrələrə edilən bir zəngin qiyməti isə sadəcə 2 qəpik təşkil edəcək.
3G xidmətinin uğurlu başlanğıcından sonra «Bakcell» şirkəti Klass 7 abunəçilərinə əlavə üstünlüklər təklif etməkdədir - gündəlik 1 AZN dəyərində İnternetdən istifadə edən Klass 7 abunəçiləri hədiyyə olaraq eyni müddət üçün limitsiz** İnternet əldə edəcəklər.
Hazırda «Bakcell»in Klass Peşəkar abunəçilərinə hər ay 250 pulsuz SMS və 50 Mb pulsuz İnternet hədiyyə olunur. 3G xidmətlərinin istifadəyə verilməsi ilə əlaqədar həmin bonus 250 Mb təşkil edir.
«Bakcell» şirkəti müştərilərin ehtiyac və tələblərinə cavab vermək üçün bütün imkanlardan istifadə edir. Klass tarifi öz büdcəsinə nəzarət edən və fəal ictimai və peşəkar həyat tərzinə malik insanlar üçün nəzərdə tutulub. Klass öz dost və həmkarlarına daha yaxın olmaq, sərfəli rouminq qiymətlərindən yararlanaraq səyahət etmək və tarifin digər geniş imkanlarından istifadə edərək daima irəlidə olmaq üçün inanılmaz fürsətlər yaradır.

    • Bir zəngin maksimal müddəti 1 saatdır. 
    • Limitsiz İnternet - 1GB.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR