İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadiyyat və Sənaye Nazirliyinin Quba – Xaçmaz regional bölməsinin müdiri qəzaya düşüb - FOTOSESSİYA

1354 29.01.2015 21:20 Hadisə A A

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə  Quba-Xaçmaz yolunun 4-cü km-də, magistralın Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon sakini Mətləb Cəfərovun idarə etdiyi “Nissan” markalı minik avtomobili Xaçmazdan Quba istiqamətində hərəkətdə olarkən qəfil yola çıxan Quba rayonunun Zizik kənd sakini Xəyyam Məmmədova məxsus  odunla dolu at arabasına çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
 
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
 
Qeyd edək ki, Mətləb Cəfərov İqtisadiyyat və Sənaye Nazirliyinin Quba – Xaçmaz regional bölməsinin müdiridir.
 
Faktla bağlı araşdırma aparılır. 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR