İnsanlara hürriyət, millətlərə istiqlal!

İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİ HÖKUMƏTƏ ƏMƏK HAQQI ARTIMI TƏKLİF ETDİ

2085 11.02.2011 04:11 İqtisadiyyat A A
Qərarın tətbiqi nəticəsində ailə büdcəsinin xərclərinin çoxalacağının və istehlakın strukturunun dəyişəcəyini nəzərə alaraq İTM hökumətə tövsiyə edir ki, 2011-cu il martın 1-dən etibarən büdcə sferasında çalışanların əmək haqları artırılsın: “Lakin bu halda mütləq ”inflyasiya-əmək haqqı" spiralvarı təsirini nəzərə almaq lazımdır. Odur ki, büdcə sferasında çalışanlara, xüsusilə də həkimlərə, müəllimlərə, mədəniyyət işçilərinə münasibətdə ədalətli səviyyədə əməyin ödənilməsi siyasətinə nail olmaq üçün ən azı inflyasiyanın gerçək səviyyəsinə (İTM-in alternativ hesablamalarına görə, 2010-cu il üçün orta illik inflyasiya səviyyəsi 11,45 faiz olub-red.) müvafiq surətdə əmək haqları və pensiyalar artırılmalıdır".
Mərkəzin təkliflərindən biri də minimum istehlak səbətinin strukturuna, minimum normalara yenidən baxılması ilə bağlıdır. Ekspertlər hesab edirlər ki, Tarif Şurasının son qərarının və digər amillərin təsiri ilə qiymətlərin artımı böyük ehtimalla əhalinin istehlak strukturunun dəyişməsinə gətirib çıxaracaq.
Mütəxəssislərin qənaətincə, yoxsulluğun qiymətləndirilməsi metodologiyası  təkmilləşdirilməlidir. Bunun üçün beynəlxalq praktikada da istifadə olunan yoxsulluğun ölçülməsi zamanı nisbi metoddan istifadə edilməsi məqsədəuyğun hesab edilir.
İTM ekspertləri bildirirlər ki, verilən qərarın əhalinin rifah halına təsirini azaltmaq yollarından biri də ünvanlı sosial yardımdan sosial reabilitasiya keçidin təmin olunmasıdır. İTM ekspertləri əhalinin həyat səviyyəsinin artan inflyasiya təsirlərindən qorunması və maddi rifah halının daim yüksəldilməsi sahəsində preventiv tədbirlərin Tarif  Şurasının  qərarlarından əvvəl işlənilməsini zəruri hesab edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR