İQTİSADİ TALANÇILIQ NAZİRLİYİ
Başlayaq hələ iri pullardan bir köynək uzaq humanitar sahədən. Son illər çox təriflədikləri səhiyyə sahəsində daha hansı biabırçılıqlar yoxdur?! Dərman mafiyasının inanılmaz cinayətlərindən, savadsız həkim səhvlərindən, rüşvətxorluqdan tutmuş insan orqanı alverinə qədər hər şey. Azərbaycandan İrana getməyə yol pulu tapan hər kəs, hətta taksi şoferi də dişini çəkdirməyə də qonşu ölkəyə qaçır. Bunlar isə utanmadan analoqu olmayan nələrdənsə qırıldadıb zəhləmizi dinamik şəkildə tökür.
Elmə-təhsilə baxırsan, yaman gündədir. Elmdəki biabırçılığı elə özləri etiraf etdi. Alimlərin çoxu saxta yolla, plagiatlıq (oğurluq) etməklə elmi dərəcə alıbmış. Bu dəqiqə diplomsuz müəllimlər axtarışı gedir. Möhkəm axtarırlar. Və dəhşət budur ki, hər gün neçəsini tapırlar da. Ölkədə son 7-8 ildə qanunsuz elan olunub bağlanan özəl ali məktəblərin hər birinin adını bir muncuğun üstünə yazıb sapa düzsən, böyük bir həmayil düzəldərsən. Sonra özün üçün zümzümə elə də: “Ay YAP, sənə mailəm, boynunda həmayiləm...”
Yaxşı, bəs bu qanunsuz təhsil alverxanalarına görə kim məsuliyyət daşısın? Kim daşımalıdır? Onlar bəyəm sizin gözünüzün qabağında deyildi? Xalqı sizin icazəniz və xeyir-duanızla çapıb-talamır və dolamırdı? Bəs elm niyə batıb gedir? Elmə Yardım Fondunuz ona niyə yardım edə bilmir? Bəs o fonda ayrılan pullar hanı? Bəs AMEA? Son 18 ildə, YAP hakimiyyəti dövründə Azərbaycanda niyə bircə dənə də elmi kəşf yoxdur?... Bizi idarə edənlərin biri də bu suallara cavab verə bilmir.
Sosial layihələr də başdan-başa oğurluqla süslənib. Milyonlar qoyub Oğuzdan Bakıya su xətti çəkdilər, amma su gəlmədi. Hər il ətək-ətək pula kanalizasiya, işıq, qaz xətləri təmir olunur. Amma qışda işıq, qaz olmur, kanalizasiya daşır. Hər il maaş-pensiya artır, amma vətəndaşın qarnı hələ də acdır. Pullar sarsaq bəzək-düzəyə sovrulur. Təbrizlilər sanki bu əfəl YAP idarəçiliyini görüb deyib: “Abı donu parıldayır, bağırsağı curuldayır”.
Tikinti, abadlıq-quruculuq, yol çəkilişi sahəsindən heç danışmağa dəyməz. Halbuki YAP deputatlarının ağzına çullu dovşan sığmırdı. “Tikinti bumu, analoqu olmayan abadlıq” deyib şivən salırdılar. Bu sektordakı oğurluq, talançılıq fırıldaq, rəzalət-cinayət lap dəhşətli miqyas alıb. 7-8 milyonluq bir körpünü açıq-aşkar, heç nədən qorxub-çəkinmədən 30-40 milyona tikirlər. Dövləti basıb yemələri hələ cəhənnəm, onsuz da yeyirlər, boğazlarında qalsın. Adamı başqa şey yandırır. Dövlətin pullarından doymurlar, üstəlik hələ özlərinə məxsus tikinti şirkətlərini də daraşdırıblar yazıq xalqın canına. Camaatın illər uzunu zülm-zillətlə yığdığı pulları mənzil fırıldağı yolu ilə əllərindən alırlar.
Son 2-3 ildə Bakıda bir mənzili 3-4 adam satan julik şirkətlərin say-hesabı itib. İndi onların sahiblərini vurhavur tuturlar. Niyə? Xalqı istədiklərindən? Yox. İki səbəbdən. Birincisi, bunlar gördü ki, aldadılmış, pulu batmış camaat artıq ayağa qalxıb. Qorxdular ki, hər gün aksiya keçirən xalq bir gün qızıb Bakını Liviya çöllərinə döndərər. Ona görə həbslərə qərar verdilər ki, avam, kasıb xalq sakitləşsin. İkincisi, tikinti şirkətlərinin yiyələrini ona görə dama basdılar ki, onların (baxmayaraq ki, çoxu elə öz adamlarıdır) xalqdan fırıldaq yolu ilə aldıqlarını da qamarlasınlar. Xalqın da əlinə yumaq verib desinlər ki, istintaq gedir, gözləyin.
Baxarsınız, o biznesmenlər də 1-2 il yatıb çıxacaq. Vətəndaşlar ya pulunu, ya da evini tələb edəndə isə deyəcəklər iddianız əsasında başlanmış cinayət işi yetərli dəlil-sübut olmadığından xətm edildi. Gedin tullanın yəni. Dəqiq belə olacaq. Təəccüblənmə, bizdə tarixən belə olub - aclar doğrayıb, toxlar yeyib.
Bu cinayətlər üzündəndir ki, Azərbaycan MDB-də iqtisadi artıma görə hamıdan geridədir. Guya çıxış yolu, “günah keçisi” tapıblar. Günahı iqtisadi inkişaf naziri Şahin Mustafayevə yükləyib işdən qovacaqları xəbəri yayılıb. Boş şeydir. Fərhad Əliyevdən sonra o nazirliyi ümumiyyətlə ləğv etmək gərək idi. Ya da adını dəyişib İqtisadi Talançılıq Nazirliyi qoymalı idilər. Talançılıq olan yerdə nə inkişaf?