Bu gün Xocalı soyqırımının 29-cu ilidir. Heç kim unudulmur, heç nə yaddan çıxmır. İlk dəfə qalib ölkə kimi bu ağır günü anacağıq... Xocalı qurbanlarını rəhmət və kədərlə anırıq. Vətən uğurunda Şəhid olan soydaşlarımıza Tanrıdan rəhmət diləyirik.
Prezident İlham Əliyevin bu gün keçirdiyi mətbuat konfransında dünyaya və yerli ictimaiyyətə mesajlar verib. Yeni müharibə ehtimalı, versiyalar insanımızı düşündürür. Amma ölkə daxilindəki problemlər bu müharibədə bizim hazır olduğumuzu göstərirmi?
Hərbçilərin məvacibinin azaldılması, ölkə daxilində bahalaşma, məmur oliqarxların gündən-günə artan sərvəti və onların cəzalandırılmaması cəmiyyətdə ciddi narazılıq yaradır. Bunlar nə zaman həll olunacaq?
Bu və gündəmdəki digər mövzularla bağlı iqtidar-müxalifət debatı formatında müzakirə aparırıq. YAP-çı deputat Elman Nəsirovla ReAL Partiyasının icra katibi Natiq Cəfərli problemlərə fərqli baxış sərgiləyir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






