İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtidar-müxalifət debatı – Pənah Hüseynlə Hikmət Babaoğlu müharibəni, gündəmi dartışır

788 19.05.2022 11:45 Gündəm A A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama ilə çıxış edib.

Musavat.com erməni mediasına istinadın bildirir ki, onun bu açıqlaması klassik erməni cığallığı və diplomatik fırıldaqdır. Sitat: ‘’Əvvəldən dedik ki, Azərbaycanın təklif etdiyi məqamlarda Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur, lakin bu məqamlar gözlənilən sülh sazişinin bütün mümkün gündəliyinə, mövcud problemlərin bütün spektrinə təsir göstərmir. Və bu baxımdan bizim üçün ‘’artsax’’da hüquq və təhlükəsizlik məsələlərini, eləcə də ‘’artsax’’ın statusunu müzakirə etmək vacibdir. Biz hesab edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi vacibdir. Hələlik bu məqamlarla bağlı Azərbaycandan müsbət cavab eşitməmişik. Amma bilirsiniz ki, bu danışıqların mümkün olması üçün səylər göstərilir. Ona görə də mən yalnız bizim hazırlığımızı, regionumuzda sülh və sabitliyə sadiqliyimizi vurğulaya bilərəm. Amma bunun üçün hər iki tərəfin istəyi lazımdır’’.

Göründüyü kimi, rəsmi İrəvan xarici işlər naziri Ararat Mirzoyanın dili ilə faktiki olaraq, sülh danışıqlarını pozmaq cəhdi göstərir və prosesi ‘’uzatma dəqiqələri’’nə daşıyır. İrəvan mümkün olmayan bir formatı – ATƏT-in Minsk Qrupunu diriltməyi və sülh danışıqlarını bu platformada aparmağı təklif edir.

Prezident İlham Əliyev isə dünən vurğulayıb ki, Azərbaycan hər zaman öhdəliklərə sadiq olub: “Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur”.

Ermənistan niyə öhdəlikləri pozur? Rusiya-Ukrayna müharibəsindəki hazırkı mərhələ nədən xəbər verir? Danışıqlar gözləniləndirmi?
Bu və gündəmdəki bir çox mövzuları AXP sədri Pənah Hüseynlə YAP-çı millət vəkili Hikmət Babaoğlu müzakirə edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR