İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtidar-müxalifət DEBATI: Müxalifət prezident seçkilərindən QORXUR? – Elman Nəsirovla Elşad Musayev CANLIda

523 21.12.2023 11:12 Gündəm A A

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov budəfəki Prezident seçkilərinin yüzilliklərə düşən seçki olacağını bildirib. O, rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib ki, bu seçkilər Azərbaycanın bütün sərhədləri daxilində keçiriləcək: “Budəfəki seçkilər yüzilliklərə düşən seçki olacaq. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olunub”.

Maraqlıdır ki, müxalifətin öndə gedən partiyalarından hələ ki, seçkidə namizədlə iştirak edib-etməməklə bağlı konkret qərar yoxdur. Müzakirələr gedir, fikir ayrılıqları, səsvermələr davam edir. Cəmiyyətdə isə belə bir fikir yaranıb ki, müxalifətin bir qismi seçkilərdə iştirak etməkdən ümumiyyətlə çəkinir. Bu tezis nə dərəcədə doğrudur? Ölkədə seçki mühiti demokratikdirmi? Namizədlərlə bağlı məsələdə şəffaflıq və demokratik ab-hava hökm sürürmü?

Bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində iqtidar-müxalifət debatı gerçəkləşəcək. Sözügedən sualları isə YAP-çı millət vəkili Elman Nəsirovla Böyük Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd Elşad Musayev cavablandıracaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR