İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtidar-müxalifət DEBATı: Büdcə müzakirələri, Amerika ilə savaşda hara GEDİRİK? – Elman Nəsirovla Natiq Cəfərli ÜZ-ÜZƏ

639 17.11.2023 11:33 Gündəm A A

Vaşinqton Cənubi Qafqaz siyasətində “öz ayağına sıxır”. ABŞ Konqresinin Nümayəndələr Palatasında noyabrın 15-də keçirilən “Dağlıq Qarabağın gələcəyi” mövzusundakı dinləmələrdən çıxan nəticə budur. Və proseslər göstərir ki, ABŞ da bölgədə Fransanın taleyi ilə üzləşəcək.

Dinləmələrin Konqresdəki erməni lobbisinin “ev tapşırığı” olduğu bəllidir, xüsusilə lobbinin lokomoviti kimi çıxış edən Bob Menendezin korrupsioner olduğunun ifşa olunmasından sonra erməni şəbəkəsi hələ də “güclü” olduqlarını təsdiq etməyə çalışır. Dinləmələrin təşkilatçısı olan Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kinin daha öncə Ermənistanın ABŞ-dakı səfiri Lilit Manuksla görüşü də bu fonda təsadüfi deyildi. Beləliklə, erməbi lobbisi “ev tapşırığı”nı yerinə yetirmiş oldu.

Amma və lakin bu dinləmələrin, ümumiyyətlə Vaşinqtondan Bakıya qarşı əsassız təzyiq cəhdlərinin ABŞ-ın xarici siyasəti, əlaxüsus da Cənubi Qafqaz bölgəsinə dair planlarından qaynaqlandığı da bəllidir.

- ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin anti-Azərbaycan bəyanatları;
- Konqresdə keçirilən məlum və məlun dinləmələr;
- Senatın 907-ci düzəlişin təxirə salınmasını iki illik qadağan etməsinə dair çıxardığı qərar və s;

Bütün bunlar ABŞ-ın Azərbaycana təzyiq cəhdlərinin bir parçasıdır. Hərçənd, okeanın o tayında anlamırlar: 30 illik işğalı yaşamış və torpaqların azad edilməsi ilə ən böyük hədəfinə çatmış Azərbaycan xalqı torpaq məsələsində heç nəyə və heç kimə güzəştə getməyəcək;

ABŞ hər şeydən öncə bu məsələdə “öz ayağına sıxdı”. Dinləmələrin “Dağlıq Qarabağın gələcəyi” adı altında keçirilməsi Azərbaycan dövləti və xalqının nəinki qəbul edilən qətnamələri, qərarları, ümumiyyətlə ABŞ-ın özünü saymaması üçün yetərlidir. Çünki:

- “Dağlıq Qarabağın gələcəyi” demək erməni separatizminin yenidən dəstəklənməsi deməkdir;
- Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur və onun hansısa “gələcəyi” ola bilməz;
- Azərbaycan xalqı bu hədəfi uğrunda minlərlə şəhid verdi;

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində deputat, professor Elman Nəsirovla ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR