İnsanlara hürriyət, millətlərə istiqlal!

İQTİDAR BEYNƏLXALQ HESABATLARDA MÖVQEYİNİN ƏKS OLUNMASINI İSTƏYİRSƏ...

1174 27.01.2012 09:56 Gündəm A A
Həmçinin qeyd olunub ki, hakimiyyətin Bakının mərkəzini gözəlləşdirmək adı altında başlatdığı kampaniya sakinlərin evlərindən məcburi köçürülməsi və qanunsuz dağıntılarla müşayiət olunub. Dini azadlıqların məhdudlaşdırılması, işgəncələr və həbs olunanlara qarşı qəddar rəftar davam edib. Hesabtda Azərbaycanda fəaliyyət göstərən QHT-lərdən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, İşgəncələr Əleyhinə Mübarizə Komitəsi və Sülh və Demokratiya İnstitutunun məlumatlarına istinad olunub. Həmçinin SDİ-nin direktoru Leyla Yunusun ofis kimi istifadə etdiyi evinin dağıdılması qeyd olunub.
Qeyd edək ki, bir qayda olaraq hakimiyyət nümayəndələri, Azərbaycan dövlət rəsmiləri beynəlxalq təşkilatları bu kimi hesabatlar hazırlayarkən qərəzli olduqlarını, hökumətdən mövqe öyrənmədiklərini iddia edir. Hökumət beynəlxalq hüquq müdafiə təşkilatlarını Azərbaycanla bağlı hesabat hazırlayarkən yalnız bir neçə yerli, müxalif yönlü QHT-lərin məlumatlarına istinad etməkdə günahlandırır. Doğrudanmı belədir?
Məsələ ilə bağlı beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusla danışdıq. L.Yunus bildirdi ki, bir qayda olaraq beynəlxalq hüquq müdafiə təşkilatları hesabat hazırlayarkən hökumətə müraciət edir. Ancaq hökumət adətən beynəlxalq qurumlarla əməkdaşlığa meylli olmur və yaxud verilən məlumatlar mükəmməl olmur: “Ötən ilin yayında Prezident Administrasiyasına bu məsələlərlə bağlı iki sorğu məktubu göndərilib. Bu məktublar mətbuatda çap olunub. Əgər bizim iqtidarımız beynəlxalq təşkilatların hesabatında öz mövqeyinin əks olunmasını istəyirdisə, o zaman bu məktublara cavab verilməliydi. İkinci tərəfdən, ”Human Rights Watch"a cavab verən hökumət qurumlarının məlumatlarına hesabatda istinad olunub. Hökumət tərəfindən verilən cavabla tam olmasa da bir qismi ilə bizi tanış etdilər. Çünki həmin cavabda göstərilirdi ki, Abutalıbov Bakının baş planına əsasən, həmin ərazini sökəcək və yerində park tikiləcək. Şəmsi Bədəlbəyli küçəsindən Nizami küçəsinədək. Bu boyda park olar? Hər kəs bilir ki, belə bir baş plan yoxdur. Bu, hamıya aydındır. Yəni iqtidar cavab vermir, ya da verdiyi cavablar qeyri-dəqiq olur. Axı indi internet var, hər şeyi gizlətmək olmur".
Hüquq müdafiəçisi dedi ki, HRV hesabat hazırlayarkın öz nümayəndələrini bir qayda olaraq Bakıya göndərir, onlar özləri qeydlər aparırlar. Onun sözlərinə görə, ötən il aprel ayında Bakıda baş verən aksiyalar zamanı HRV-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Bakıda olub və aksiyaları müşahidə edib. Eyni zamanda təşkilatın Moskva təmsilçiliyindən nümayəndə Bakıya gələrək hesabat hazırlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR