İnsanlara hürriyət, millətlərə istiqlal!

İqor Ponomaryov “Sabah”ın baş məşqçisi olacağı ehtimalına münasibət bildirib

704 18.09.2019 13:38 İdman A A

Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov “Sabah”a rəhbərlik etmək ehtimalına münasibət bildirib.

Hazırda paxtaxt klubunun Müşahidə Şurasının üzvü olan 58 yaşlı mütəxəssis “Report”a hələlik bununla bağlı heç bir məlumatın olmadığını deyib: “Müşahidə Şurasının iclası olacaq. Həmin toplantıda gələcək addımlar müəyyənləşdiriləcək”.

Ponomaryov “Sabah”ın baş məşqçis olmaq itərdinizmi, bu nə dərəcədə realdır” sualına belə cavab verib: “Şərhsiz... Mən “Sabah”ın Müşahidə Şurasının üzvüyəm”.

“Sabah” rəhbərliyi Premyer Liqanın IV turunda evdə “Qəbələ”yə 0:1 hesablı məğlubiyyətdən sonra uğursuz nəticlərə görə baş məşqçi Elşad Əhmədovu istefaya göndərib. Komanda müvvəqqəti olaraq əvəzedici heyətə rəhbərlik edən Rövşən Babayevə tapşırılıb.

Qeyd edək ki, İqor Panomaryov 2000-2001-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, 1978-1981 və 1983-1988-ci illər aralığında "Neftçi"nin formasını geyinib. İsveçdə yaşayan təcrübəli mütəxəssis son olaraq "Xəzər Lənkəran" klubunun baş məşqçisi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR