"İqdırda Azərbaycan türklərinin böyük köçü..."- Fotolar
- Təşkilatınızın fəaliyyəti hansı səviyyədədir?
- ASİMDER 2002-ci ildə qurulub. Məqsədi qonqarma erməni iddiaları ilə bağlı məsələləri çözməkdir, bu barədə həqiqəti daha çox insana çatdırmaqdır. 1915-ci il hadisələri barədə ermənilərin dedikləri yanlışdır, yalandır. Biz bunu hər yerdə deyirik. Əsl qətliama uğrayan, qətl edilənlər müsəlman türklər olublar. Biz bunu ortaya qoymaq üçün, ermənilərin dediklərinin yalan olduğunu sübut etmək üçün, məsələni çürütmək üçün yarandıq. Gündəmdə daim budur, toplantılarda, panellərdə bu məsələ öndədir. Xalqı aydınlatacaq toplantılarda iştirak etmək üçün bu təşkilatı qurduq.
- Üzvləriniz, fəaliyyətiniz daha çox hansı şəhərləri əhatə edir?
- Bizə üzvlük üçün müraciətlər çoxdur, əksəriyyətini qəbul etmirik. Hamını qəbul etmirik yəni. Çünki bu işi bilən insanların olması lazımdır. Bilməyənləri dərnəyimizə almağın mənası yoxdur. Hazırda Türkiyədə 400 nəfər aktiv çalışan üzvümüz var. İstanbul da daxil olmaqla, səkkiz şəhərdə təmsilçimiz var. Anadolu başda olmaqla, 4 bölgədə şöbəmiz var. Naxçıvanda da təmsilçimiz var, İranda da. Bakıda ortaq təşkilatımız var. Hollandiyada, Belçkiada ortaq çalışdığımız təşkilatlar var. Hazırda Türkiyədə ermənilərə qarşı çalışan, ən yaxşı çalışan, erməni diasporasını sıxıntıya salan bir tək ASİMDER-dir. Digər təşkilatlar dar bir çərçivədə, kiçik bir şəhərdə fəaliyyət göstərirlər, kiçik bir yerdə aktivdirlər.
- Nə səbəbdən onların əhatəsi geniş deyil? Mane olan səbəblər nədir?
- Digər təşkilatların gücləri çatmır, yəni ancaq öz bölgələrində iş apara bilirlər. Biz isə uluslararası fəaliyyəti üstün tutmuşuq. Biz bu yaxınlarda on gün Avropada çalışdıq, ciddi işlərimiz oldu. Avropada çox sayda dərməklər var ki, onlarla bu sahədə əməkdaşlıq edirik. ASİMDER Türkiyədə erməni diasporunun qarşısına keçən, ermənilərlə qarşı-qarşıya gələn ən böyük sivil təşkilatdır.
- Bəs Türkiyədə Azərbaycan diasporunun fəaliyyəti hansı səviyyədədir?
- Türkiyədə hazırda erməni diasporu güclüdür, həm də çox güclüdür. Səbəbi həm mətbuatda güclü olmalarıdır. Həm mediada, həm digər qurumlarda çox güclü ola biliblər, maliyyə cəhətdən çox güclüdürlər. Bunu təkcə Hrant Dinkin ölümündə gördük. Bir saata on min kişini tökdü küçəyə. Hazırda erməni diaporunun Türkiyədəki aktiv faliyyəti Güney Doğu bölgəsində, Van, Ağrı, İqdır, Qars tərəfdədir. Onların istədiyi, iddia etdiyi “Qərbi Ermənistan” bölgəsində yəni. Amma bizim türk və Azərbaycan diasporu yanlış yerdə fəaliyyət göstərir. Mərkəz Ankara, İstanbul kimi yerlərdə fəaliyyətləri var. Savaş, mücadilə olan yerlərdə deyillər. Erməni diaporasının istədiyi və işlədiyi torpaqda deyillər. Erməni diasporu illərdir ki, seçdiyi, torpaq iddiası olan yerlərdə insanları qandırır, aldadır, ermənilərin qətliama məruz qalması ilə bağlı yalanlar danışır. Amma bizimkilər ayrı cəhbədə, onun tərsində mücadilə verir. Əlaqəsi olmayan yerlərdə iş aparır. Olayların yaranmadığı, heç olmadığı yerlərdə, beş ulduzlu hotellərdə, salonlarda fəaliyyət göstərirlər. Bir tək Güney Doğu bölgəsində çalışan ASİMDER-dir. Bunu təəssüflə deyirəm ki, təkik. Erməni lobbisinin, ermənilərin istədiyi elə burası və biz burada çox deyilik.
- İqdırda bu yaxınlarda iki millət vəkili seçildi, biri AKP-dən, digəri HDP-dən. MHP nədən burada uduzdu?
- Burada MHP-nin uduzmasının səbəbi həm yerli rəhbərlərinin, həm də yuxarıdakı rəhbərliyin yanlış yapdığı siyasətdəndir. Buradakı yönəticilər də azəri xalqına başqa bir aday olan azəri türkünü seçimdən sonra uduzarsa,dərhal xain elan edib, evinə saldırır, əqrəbasına hücum edir. Buradakı bu tip olaylar, siyasət insanları artıq bezdirdi. Yəni bu, insanları MHP-dən soyutdu. Bu dəfə burada AKP-dən deputat olan insan on il MHP-dən bələdiyyə başçısı olmuş biridir. Burada ailəsi, ətrafı güclüdür, ailəsinin nüfuzu var. İnsanlar da artıq iqtidar partiyasının arxasında gedirlər. Buradakı azəru türkləri həmişə MHP-də müxalifətdə qaldılar. Həmişə müxalifətdə olan, dövlət dairələrində çalışan azəri türkləri olan məmurlar sıxıntı çəkdilər.
- MHP-dən olduqları üçün?
- MHP-dən olduqları üçün deyil, iqtidardan ola bilmədiyi üçün. Çünki bütün yönətim iqtidardadır. Sən müxalifət partiyasını tərciyə etdin, seçdin. Buna görə yüksələ bilmədin, irəli keçə bilmədin, söz sahibi ola bilmədin. Bunlar müxtəlif sıxıntılardır. 13 il müxalifətdə qaldıqdan sonra buna görə iqtidarı arzu etdilər. Bu dəfə seçki qazanıldı demək olar. Əslində buradakı azəri türkləri üçün partiya o qədər də önəmli deyil. Azəri türklərinin bu bölgədən böyük köçə yollanması dayanacaq, əsas odur. Çox böyük köç vardı. Əslində buradan bir azəri türkünün seçilməsi müsbət haldır. HDP-dən başqa, hansı partiyadan olması fərq etməz, önəmli deyil. Buradakı azəri türklərinə bir psixoloji basqı vardı. Son seçimdə onlarda özlərinə güvən yarandı. Yoxsa heç bir yerə təmsili, təmsilçiləri yox idi. İndi rahatladılar. Köç də dayanır. Hazırda hamı gözləmədə. Amma seçim başqa olsaydı, köçün önünə kimsə keçə bilməzdi.
Röya RƏFİYEVA
Fotolar müəllifindir






