İnsanlara hürriyət, millətlərə istiqlal!

“iPhone”un bu modelinin istehsalı dayanır: “Apple”nin ümidləri özünü doğrultmadı

2362 28.09.2022 17:09 Texnologiya A A

ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkəti 2022-ci ilin ikinci yarısında “iPhone” istehsalını artırmaq planını dayandırıb.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, “iPhone 14”lərə tələbatın gözlənildiyi kimi olmaması şirkətin bu qərarı verməsinə səbəb olub.

“Apple” şirkəti yeni “iPhone” seriyalarına tələbatın çox yüksək olacağını proqnozlaşdırmışdı. Hətta telefon buraxılmazdan əvvəl “Apple” təchizatçılarına 90 milyon “iPhone 14” istehsal etməyi tapşırıb. Ancaq son xəbərlərə görə, “Apple” “iPhone 14”də ümid etdiyini tapa bilməyib. Şirkət yeni telefonlarına tələbatın yetərli olmadığını gördükdən sonra istehsalı artırmaq planından imtina edib.

İstehsalın genişləndirilməsi planı “Apple”ın ağıllı saat modeli “SE” də daxil olmaqla əvvəlki nəsil smart saatlarını əhatə edir. Məlumata görə, “Apple” 90 milyon ədəd olan orijinal istehsal hədəfinə qayıdıb. Gözlənilən tələb gəlməyincə, 2022-ci ilin ikinci yarısında 6 milyon ədədlik artım dayandırıb.

“Apple”ın tələbləri gözlənilən səviyyəyə çatmasa da, “iPhone 14 Pro” modellərinə tələbat əvvəlki seriyalardan daha çox olub.

Şirkət hazırda “iPhone 14” istehsalını Çində azaltsa da, Hindistanda davam etdirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR