Sonradan restoranda yanğının mətbəxdə başladığı məlum olub. Amma yanğının dəqiq səbəbi hələ də məlum deyil. Yanğından sonra restoranın sabiq deputat, hazırda “Azərbaycan” dövlət nəşriyyatının (“Azərnəşr”) baş redaktoru Əlövsət Ağalarova məxsus olması xəbəri də yayılıb.
Ə.Ağalarov isə modern.az-a deyib ki, yanan restoran onun deyil: “Bu, tamamilə yalan xəbərdir. Sözügedən restoranın mənə heç bir aidiyyəti yoxdur. Əgər o restorandan bir metr də olsa, mənə aidiyyəti varsa, mən onu haqqımda həmin xəbəri yazan jurnalistə verə bilərəm. Tam cəfəngiyyatdır. Bu, jurnalistə yaraşan bir davranış deyil”.
Qeyd edək ki, sözügedən restoranın sahibi deputat Fərhad Qəribovdur. Daha doğrusu, restoranın yeri ona məxsusdur; hazırda obyekt kirayədədir. Hadisə şahidləri deyirlər ki, restoranda yanğın çıxan zaman Fərhad Qəribov da orada olub və kənardan prosesləri müşahidə edib. Qeyd edək ki, bir müddət əvvəl F. Qəribova məxsus “Şəki” restoranında da yanğın baş vermişdi; həm də dalbadal iki dəfə. Həmin vaxt yanğının birinin səbəbi kimi bacanın alışması göstərilirdi. “Qəbələ- Xanlar”dakı (“Billur”) yanğının səbəbi hələ də bilinmir.






