İP ÜZVLƏRİNDƏN XALİQ BAHADIRA CAVAB GƏLDİ
O deyib: “Nə qədər ki Əbülfəz Elçibəy hakimiyyətinin yıxılmasında və indiki iqtidarın qurulmasında iştirak edən Pənah Hüseyn və Rauf Arifoğlu İctimai Palatanın Koordinasiya Şurasının üzvüdür, mən o qurumu boykot etməkdə davam edəcəyəm”.
AXCP üzvü 6 may mitinqinin təxirə salınmasını məhz P.Hüseyn və R.Arifoğlunun İP Koordinasiya Şurasında olması ilə əlaqələndirib və belə deyib: “Belə hallar əvvəllər də olub. Mən bunu təcrübəyə əsasən deyirəm. Ancaq bu haqda konkret məlumata malik deyiləm. Əlbəttə, mən mayın 6-da keçirilməsi planlaşdırılan mitinqin təxirə salınmasını və ya keçirilməməsini pisləyirəm. Mitinq keçirilməlidir. Hesab edirəm ki, bu da yuxarıda dediyim məsələ ilə bağlıdır. Nə qədər ki bu adamlar Koordinasiya Şurasında təmsil olunur, bu cür hallar baş verəcək. Mən elə bu cür halların qarşısını almaq üçün mübarizə aparıram. Bu şəxslərin Koordinasiya Şurasından getmələri üçün sona qədər də mübarizə aparacağam”.
Məsələyə münasibətini öyrənmək üçün Pənah Hüseynə müraciət etdik. O, X.Bahadırın onun haqqında dediklərinə münasibət bildirməkdən imtina etdi: “Mən Xaliq Bahadırın fikirlərinə münasibət bildirmək istəmirəm”.
X.Bahadırın ittiham etdiyi digər şəxs - İP üzvü Rauf Arifoğlu isə deyilənlərlə razılaşmır. Və hesab edir ki, AXCP rəhbərliyi partiyanın Ali Məclisinin Rəyasət Heyətinin üzvü X.Bahadırın onun haqqında dediyi böhtan xarakterli fikirlərə qısa vaxtda reaksiya verməlidir: “Xaliq Bahadır AXCP funksioneridir. Və ilk dəfə deyil ki, bizim haqqımızda bu cür fikirlər səsləndirir. Bu, onun indiyə qədər bizim barəmizdə irəli sürdüyü ittihamların deyərdim ki, ən yumşağıdır. Amma istənilən halda mən AXCP rəhbərliyini Xaliq Bahadırın bizim haqqımızda, İctimai Palata Koordinasiya Şurasının iki üzvü barədə dediklərinə münasibət bildirməyə və ona özlərinin cavab verməsinə çağırıram. Hazırda bizim qəzetdə işləyən hansısa əməkdaş, yazar Cəbhə rəhbərliyi haqqında, İctimai Palatanın hansısa bir üzvü barədə bu cür açıqlamalar versəydi, şər-böhtan atsaydı, onlara mən lazımlı, layiqli cavablar verərdim. Eyni mövqeyi mən həm AXCP, həm də ”Azadlıq" qəzetinin rəhbərliyindən gözləyirəm".
Rauf Arifoğlu onu da qeyd etdi ki, onun da rəhbərliyində olduğu İP-in kifayət qədər uğurlu fəaliyyət göstərdiyi, gündəmin əsas mövzusuna çevrildiyi indiki məqamda X. Bahadırın bu cür açıqlamasını heyrətamiz sayır: “Ondan fərqli olaraq, mən böhtan atmağı özümə yaraşdırmıram. Lakin Xaliq bəyin məhz indiki məqamda bu cür açıqlama ilə çıxış etməsi ancaq və ancaq iqtidarın xeyrinədir. Nə olub ki, məhz indiki anda, hakimiyyətin son mitinqlərdən və diplomatların bizimlə görüşündən sonra narahat olduğu bir şəraitdə hörmətli Xaliq bəy İP KŞ-nin iki üzvünü hədəfə götürüb? Biz nə etmişik ki? Hər ikimiz mitinqin təşkili və işıqlandırılmasında, təbliğ olunmasında yüksək fəaliyyət nümayiş etdirmişik. Hazırda Pənah Hüseyn iqtidar ideoloqlarının da əsas hədəfindədir... İP KŞ isə “Yeni Müsavat”a fəaliyyətinə görə xüsusi qiymət verib. Belə vəziyyətdə o, bizimlə “axıra qədər mübarizə aparmaqla” nə etmək istəyir? Belə bir açıqlamanın mənası nədir? ...Bütün bunlara izahat verilməlidir".