İP ÜZVLƏRİ MERİYA VƏ “QOROTDEL”I MƏHKƏMƏYƏ VERDİ
Həmin şəxslərin hüquqi nümayəndəsi Ruslan Mustafazadənin APA-ya verdiyi xəbərə görə, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lakin qarşı tərəf prosesdə iştirak etmədiyi üçün məhkəmənin baxış iclasının vaxtı təyin olunmayıb.
Həmin şəxslər 2011-ci il noyabrın 15-də BŞİH-in qarşısında sərbəst toplaşmaq azadlığının təmin olunması və İP-in ötən ilin aprel ayında keçirdiyi razılaşdırılmamış aksiyaları zamanı saxlanılan şəxslərin azadlığa buraxılması tələbi ilə piket keçirmək istəyib. Onlar piketə icazə verilməsi üçün BŞİH-ə müraciət edib. Lakin onlara tədbiri keçirmək üçün icazə verilməyib. Buna baxmayaraq, onlar piketi keçirib. Bu zaman polis müdaxilə edərək piketin qarşısını alıb. Cəmil Hacıyev isə tutularaq 4 saat polis idarəsində saxlanılıb. Həmin şəxslər BŞİH-in qərarının qanunsuz hesab edilməsi və ləğv olunması, polisin piketə müdaxiləsinin qanunsuz sayılması, piket iştirakçılarının hüquqlarının pozulmasının məhkəmə tərəfindən tanınması və dəymiş mənəvi zərərə görə hər bir iddiaçıya 2000 min manat təzminat ödənilməsini tələb edirlər.