İnsanlara hürriyət, millətlərə istiqlal!

İP NARAZI İNSANLARIN AKTİVLƏŞMƏSİ İŞİNİ SÜRƏTLƏNDİRƏCƏK

859 10.04.2012 09:47 Siyasət A A
Müsavat başqanının müavini Tofiq Yaqublu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yalnız meydanlara çıxan insanların hakimiyyətdən narazı olduğunun qəbul etmək düzgün deyil: “Azərbaycanda insanların sərbəst toplaşma azadlığa həmişə məhdudlaşdırılıb. Mitinqə çıxdığına görə işdən çıxarılanlar da olub, müxtəlif təzyiqlərə məruz qalanlar da. Həmin insanlar kütləvi aksiyaların nəyi isə dəyişəcəyinə inanmırlar. Azərbaycan insanının mitinq haqqında doğru təsəvvürünün olmaması hakimiyyətin xidmətidir. Mövcud şəraitdə insanların aktivləşdirilməsinin üsullarını tapmalıyıq. Çalışacağıq ki, insanlar mitinqlərə çıxmaqdan çəkinməsinlər. Onların sayı çox olduqca hakimiyyət geri çəkiləcək. 21-ci əsrin insanı aksiyaya çıxmaqdan qorxursa, bu, hakimiyyətin ayıbıdır. Siyavuş Novruzov düşüncəsində olan insanlar aksiyada insanların sayı haqqında düşünə bilər ”.
İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal bildirdi ki, aprelin 22-dək hakimiyyətdən narazı kütlənin mitinqlərə cəlb olunması üçün bütün imkanlardan istifadə edəcəklər: “İctimai Palatanın regionlarda təşkilatlanma komitəsi ilə mitinq komitəsi birləşdirildi. Müxtəlif sahələr üzrə xeyli iş görüldü. Birinci növbədə yerlərdə kütləvi aksiyaların keçirilməsinin lazım olduğunu və bunun məqsədlərini dedik. Məqsədimiz narazı kütləni bir araya toplamaq idi. İkinci istiqamət Sulutəpədə, Sabirabadda sel qaçqınları ilə müəyyən işlər aparılıb. Hesab edirəm ki, bu işi davam etdirmək lazımdır. İki ay öncə İctimai Palatanın mülkiyyət hüquqlarına həsr olunan tədbiri olmuşdu. Bu işlə bağlı işçi qrup yaradılmışdı. Biz bu sahə ilə işləməyi unutmamışıq. Amma işləri sürətləndirmək lazımdır. Mülkiyyət hüquqları pozulan insanların ərizələrinin toplanması, qeydiyyatlarının aparılması onlara ictimai kömək göstərilməsini nəzərdə tutmuşuq. Həmin kütlə hakimiyyətdən narazı olan elektoratdır. Onlarla bağlı iki ay əvvəl siyahılaşdırma aparılıb.
Mitinqlərin davamlı olması üçün bizə daimi elektorat lazımdır. Bu kütlə ilə əlaqəli şəkildə işləyəcəyik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR