İP KOORDİNASİYA ŞURASI YENİ “YOL XƏRİTƏSİ” TƏQDİM ETDİ
Qeyd edək Koordinasiya Şurasının avqustun 22-də keçirilən növbədənkənar toplantısında layihənin üzərində çox ciddi iş aparılmışı. Layihəyə əlavə və dəyişikliklər edilmişdi. Dünənki iclasda isə yekun olaraq qərar verilib ki, məhz bu layihə Koordinasiya Şurasının hazırladığı sənəd olaraq İctimai Palatanın 27 sentyabrda keçiriləcək sessiyasına qəbul edilmək üçün təqdim olunsun.
Koordinasiya Şurasının iclasında İP üzvü Pənah Hüseyn də iştirak edib. Onun verdiyi xəbərə görə, “Yol xəritəsi” layihəsinin üzərində çox ciddi iş aparılıb, ötən həftə keçirilən müzakirələrdə irəli sürülən təkliflərin bir çoxu layihəyə əlavə edilib, layihədə dəyişikliklər aparılıb və hamının razılaşdığı, konsensusa gəldiyi hala gətirilib.
P.Hüseyn dedi ki, bu layihə indiyə qədər ortada olan iki variantdan əhatəlidir: “Yəqin ki, hansısa gözlənilməz proseslər baş verməsə, sessiya bu layihəni İP-in ”Demokratiyaya yumşaq keçidin Yol xəritəsi" olaraq qəbul edəcək. Bundan sonra sənəd hakimiyyətə də göndəriləcək".
İP Koordinasiya Şurasının dünən keçiriləcək iclasında 27 avqust sessiyasının gündəlik layihəsi də müəyyən edilib. Gündəlik layihəsində İP-ə yeni üzvlərin qəbulu, ölkədə və beynəlxalq aləmdə ictimai-siyasi vəziyyət və İP-in vəzifələri, 2 aprel məhbuslarının məhkəmə prosesinin gedişi ilə bağlı, vətəndaşların mənzil, xüsusi mülkiyyət hüquqlarının pozulması məsələsi və “Yol xəritəsi”nin qəbulu nəzərdə tutulub.