İnsanlara hürriyət, millətlərə istiqlal!

İP DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜNÜ VƏ YENİ İLİ QEYD ETDİ (FOTOLAR)

2237 28.12.2011 18:36 Ölkə A A

Daha sonra çıxış üçün söz Müsavat Partiyasının başqanı İsa Qəmbərə verildi. İsa bəy də öz növbəsində hər iki bayram münasibəti ilə tədbir iştirakçılarını və Azərbaycan xalqını təbrik etdi: “Bayram tədbirinin məhz bu günə təsadüf etməsinin bir önəmli səbəbi ondadır ki, bu gün İctimai Palatanın yaranmasının ildönümüdür. Biz 2010-cu ilin dekabrın 28-də İctimai Palatanı yaradaraq cəmiyyətə mesajlarımızı verdik. Bir il ərzində İP ölkənin aparıcı ictimai qüvvəsinə, demokratik düşərgənin toparlanma modelinə çevrildi. Azərbaycanda və dünyada mövcud hakimiyyətin alternativi kimi qəbul olunmağa başladı. Bu münasibətlə hər kəsi təbrik edirəm. Arzu edirəm ki, 2012-ci ildə məqsədlərimizə nail olaq. İlin son günlərini yaşadığımız bu günlərdə bizi sevindirən ən böyük hadisə vicdan məhbusu Cabbar Savalanlının azadlığa çıxması oldu. Cavan və gözəl dostumuzu azadıqda görmək çox xoşdur. Arzu edirik ki, digər vicdan məhbusu dostlarımız da tezliklə azadlığa çıxsın və bizlərin arasında olsunlar. Əslində o cür əfv fərmanı ilə hakimiyyət ilin sonunda daha bir cinayət işlədi. Çünki günahsız insanları həbsdə saxlamaq ən böyük cinayətdir”.

Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli də hər iki bayram münasibəti ilə xalqımızı və tədbir iştirakçılarını təbrik etdi: “Bəşər tarixinə diktatorların təmizlənmə, dünya tarixinə böyük demokratikləşmə proseslərinin getdiyi il kimi yazılan, avtoritar liderlərin qorxu və  həyacanla yaşadığı, vicdan məhbusu dostlarımızın məhbəsdə olduğu ili yola salırıq. Vicdan məhbuslarının hələ də həbsdə qalması bizim ən böyük məhrumiyyətimizdir... İcitmai Palataya qədər ölkədə bu formatda təşkilat formalaşmayıb. Hakimiyyətin həbsləri və repressiyaları bu təşkilatı dağıda bilmədi. Bütün 2011-ci il ərzində İP özünü sağlam bir təməl üstündə qurulduğunu təsdiq etdi. Azərbaycan hakimiyyətinə həyəcan və qorxu yaşada bildi. Xalqımızın böyük dəyişikliklərə inamı geri qayıtdı. Bu xalq 2012-ci ilə ciddi ümidlərlə gedir. Mən qarşıdan gələn yeni imkanlar ilində hamınızı təbrik edirəm. Can sağlığı, xoşbəxtlik arzulayıram. 2012-ci il millətimiz üçün xeyrli olsun”.

Daha sonra tədbir iştirakçılarından millət vəkili, Ümid partiyasının sədri İqbal Ağazadə, ADP sədri Cərdar Cəlaloğlu bayram təbriklərini səsləndirdilər.

Bayram mərasimi şirniyyat süfrəsi arxasında davam etdirildi.

Fərahim İLQAROĞLU
Fotolar müəllifindir

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR