İnsanlara hürriyət, millətlərə istiqlal!

İORDANİYADA 28 MAYLA BAĞLI TƏDBİR KEÇİRİLİB

828 23.05.2011 09:29 Ölkə A A
“Trend”ə səfirlikdən verilən məlumata görə, İordaniyanın kütləvi informasiya vasitələrinin 20-yə yaxın nümayəndəsinin, o cümlədən televiziya mənsublarının iştirak etdiyi tədbirdə səfir Elman Araslı qısaca olaraq Azərbaycanın tarixi keçmişinə nəzər salıb, dövlətçilik ənənələrinə toxunub. 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanda elan edilməsini qeyd edən səfir həmin respublikanın cəmi 23 ay ömür sürə bildiyini və xarici qüvvələrin təcavüzü nəticəsində süquta uğradığını bildirib.
1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməyə nail olduğunu fərəh hissi ilə söyləyən səfir 2011-ci ildə artıq dövlət müstəqilliyimizin 20-ci ildönümünün qeyd edildiyini KİV nümayəndələrinin diqqətinə çatdırıb. Daha sonra, müstəqilliyin bərpasının ilk illərində Azərbaycan Respublikasının qarşılaşdığı siyasi-iqtisadi və sosial çətinliklər, siyasi sistemin dəyişməsi və plan iqtisadiyyatından azad bazar iqtisadiyyatına keçidin ağrı-acılarından danışan səfir vəziyyətin qonşu Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlamış və qanlı müharibə ilə davam edərək Azərbaycanın torpaqlarının 20%-nin işğal edilməsi ilə nəticəlmiş münaqişə səbəbindən daha da ağırlaşdığını bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR