İnsanlara hürriyət, millətlərə istiqlal!

"İntiqam Əliyev ayı" müsabiqəsinin mükafatçıları bəlli oldu

1261 01.12.2014 15:20 Son xəbər A A
Noyabrın ilk günlərindən start verilmiş Azərbaycanda insan hüquqları səhəsində mövcud vəziyyət və hüquq müdafiə fəaliyyəti mövzusunda məqalə müsabiqəsi noyabrın 30-da, görkəmli hüquq müdafiəçisi İntiqam Əliyevin doğum günündə yekunlaşdı. 

“125-lər” siyasi klubu ölkədə bir sıra ictimai-siyasi fəal insanların həbslərindən narahatlığını bu ilin may və avqust aylarında ölkə başcısına ünvanladığı müraciət və vicdan məhbuslarının azadlığa buraxılması tələbi barədə bəyanatda, həmçinin sosial şəbəkədə keçirilən flaşmob vasitəsilə ifadə edib. Hüquq müdafiəçisi İntiqam Əliyevin həbsinə etiraz əlamət olaraq  keçirilən jurnalist müsabiqəsi də həmin tədbirlər silsiləsndən növbəti addımdır.  

Məqsəd mövzunu medianın və ictimaiyyətin gündəmində saxlamaq, hakimiyyət nümayəndələrinin diqqətini ictimai rəydə mövcud olan etirazlara yönltməkdir. 

Müsabiqə elan olunduğu tarixdən son müddətə qədər təşkilat komitəsinə səkkiz yazı daxil olmuş, münsiflər qeyd olunan  mövzuda  KİV-lərdə çap olunmuş ən yaxşı məqaləyə görə qalibləri müəyyən etmişlər. Münsiflər heyətinin üzləri: 

Mehman Əliyev, "Turan" informasiya agentliyinin direktoru

Qubad İbadoğlu,  İctimai Təşəbbüslər Mərkəzinin sədri

İlhamiyyə Rza, “125-lər” siyasi klubunun sədri 

Qaliblərçün aşağıdakı pul mükafatları nəzərdə tutulub:

I yer üçün – 250 manat

II yer üçün – 200 manat

III yer üçün – 150 manat.

***

125-ler siyasi klubunun teşkil etdiyi "İntiqam Aliyev ayı"nın yekunları ile bağlı metbuat konfransı BMM-de başlayıb. "125-lər" siyasi klubunun üzvü İlamiyyə Rza tədbiri açıq elan edib. Yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması başlayıb. Müsabiqədə ilk yerin mükafatı "Yeni Müsavat"ın müxbiri Aygün Muradxanlıya verilib.

Müsabiqədə ikinci yeri  "Hüququn adamı" yazısıyla Rövşən Hacıbəyli, üçüncü yeri isə "Azərbaycanın Qandisi" yazısına görə Pərviz Əzimə verilib.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR