İnsanlara hürriyət, millətlərə istiqlal!

İntim videosu yayılan iranlı aktrisa 16 il sonra Kann festivalında - Video

2196 25.05.2022 11:31 Dünya A A

75-ci Kann Film Festivalında iranlı rejissor Əli Abbasinin “Müqəddəs hörümçək” filmi təqdim olunub. Təqdimatdan öncə filmin yaradıcı heyəti festivalın qırmızı xalısında ənənəvi fotosessiyada iştirak edib. Fotosessiyada filmdə baş rolu ifa edən Zər Əmir İbrahimi xüsusi diqqət çəkib. Tanınmış azərbaycanlı rejisor Reza Siami sosial şəbəkədə aktrisa ilə bağlı ilginc faktları xatırladıb.

“Bu xanım Zər Əmir İbrahimi (keçmişdə Zəhra) iranlı aktrisadır. 16 il öncə gənc bir qız idi. Naməlum şəxslər tərəfindən, şəxsi və  intim həyatından bir video yayımlandı. İnanılmaz bir sürətlə bütün ölkəyə yayıldı. Hər disk satan onu müştəriyə təklif edirdi, xalq da böyük həyəcanla onu almağa cəhd göstərirdi. Beləliklə, sadəcə bu gənc aktrisanın sənət həyatına son qoyulmadı, onun həyatı alt-üst oldu.

Qəzetlər hər gün onun intihar xəbərini yayırdı. Hər yerdə onun yataq otağının filmini kim çəkib və yayıb mövzusu müzakirə olunurdu. Xalq həyasızca videonu alıb izləyir və müzakirə edirdi.

Kino həmkarları və bir çox aktrisalar “lənətə gələsə,n bizi də rüsvay etdin “ deməklə ondan üz çevirdilər. Zəhra ölkəni tərk etmək məcburiyyətində qaldı.

16 ildən sonra o bu gün xaricdə yaşayan iranlı rejissor Əli Abbasinin “Müqəddəs hörümçək“ filmi ilə kino həyatına geri qayıdır. Həm də Kann Film Festivalında və onun gəncliyini məhv edən xalqın qarşısında dayanır, gülür və rəqs edir”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR