İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsan qaçaqmalçılığına görə ekstradisiya olunan şübhəlinin yanlış insan olduğu məlum olub

783 09.06.2016 10:23 Son xəbər A A

İnsan qaçaqmalçılığında ittiham olunaraq çərşənbə axşamı İtaliyaya ekstradisiya olunan şəxsin dostları deyir ki, polis yanlış insanı saxlayıb.

Prokurorluq isə inanır ki, The General ləqəbli Mered Medhanie, miqrantları Afrikadan Avropa gətirilməsi əməliyyatının başında duran əsas adamdır.

Eritrea hökumət nümayəndəsi bildirir ki, cənab Mered may ayında Sudanda saxlanılıb və çərşənbə axşamı Romaya gətirilib.

Lakin onun dostları BBC-yə deyib ki, burda şəxsiyyətin müəyyənləşdirilməsində bəzi yanlışlıqlara yol verilib və o, günahsızdır.

Dostları onu Mered Tesfamariam kimi çağırıb.

Əməliyyata cəlb olunan Britaniya Milli Cinayət Agentliyi sözçüsü Press Association-a deyib ki, "onlar bizim partnyorlarımızla əməkdaşlıq edirdi".

Şübhəlinin İtaliya çatmasını əks etdirən foto

O əlavə edib: "Bu çox əməkdaşlılıq formasında keçirilən əməliyyatdır və bu tipli iddialar haqqında fərziyyə irəli sürmək çox tezdir."

İtaliya polisi BBC-yə deyib ki, onlar şübhəli insan qaçaqmalçının şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı araşdırmadan xəbərsizdir.

BBC anladığına görə İtaliya polisi hələ də düzgün insanı saxladığından əmindir.

BBC, hazırda Efiopiyada yaşayan, lakin Eritrea-da böyüyən və şəkildəki adamı tanıdığını deyən Hermon Berhe adlı birisi ilə danışıb.

"Mən inanmıram ki, onun bu işlərlə hər hansı əlaqəsi var və bu tipli işlərə girişə bilər", o deyib. "O sevimli, dostcasına və nəzakətli insandır."

Digər Eritrean-lı adam BBC müxbiri Will Ross-yə deyib ki, o bu yaxınlara kimi şəkildə göstərilən insanla bir mənzildə qalıb.

Ötən il cənab Mered-dən müsahibə alan yarı İsveç, yarı Eritrean-lı jurnalist Meron Estefanos, İsveçrə mediasına deyib ki, şəkildəki insan həmin adam deyil, eyni adlı 28 yaşlı başqa birisidir.

"O Khartoum-dan olan sadə məcburi köçkündür, yazıq oğlan", o, Aftonbladet qəzetinə deyib.

Əksəriyyəti Eritrea və Somalidən olan azı 359 miqrant Liviyadan gəmi ilə gedərkən dünyasını dəyişib

Əksəriyyəti Eritrea və Somalidən olan azı 359 miqrant Liviyadan gəmi ilə gedərkən dünyasını dəyişib

İtaliya xəbər agentliyi Ansa deyib ki, cənab Mered "Mərkəzi Afrika ilə Liviya arasında fəaliyyət göstərən ən böyük cinayətkar qruplardan birinin təşkilatçısı və rəhbəri" olmaqda ittiham olunur.

İki nəfər, miqrantları digər cinayətkar dəstələrdən oğurlayaraq onları Aralıq dənizi üzrəindən gəmi ilə Avropaya göndərməkdə təqsirli bilinirlər.

"The General" kimi tanınan və özünü Liviyanın keçmiş lideri Muammar Gaddafi-yə bənzədən cənab Mered tankla gəzinərkən öyünərək deyib: "Məndən güclüsü yoxdur."
Liviyadan gəmi ilə gedən miqrantlardan azı 359 nəfəri dünyasını dəyişib. Onların əksəriyyəti Eritrea və Somalidən olub (BBC).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR