İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsan alverinə görə həbs edilən qadına hökm oxundu

427 30.11.2021 13:40 Ölkə A A

İnsan alverində təqsirli bilinən Kəmalə Cəfərovanın cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunana K.Cəfərovanın məhkəməsi keçirilib.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən K.Cəfərova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, 37 yaşlı Kəmalə Cəfərova cinayət əməllərini 2016 və 2019-cu illərdə həyata keçirib. O, 2016-cı il avqustun 1-dən 16-dək zərərçəkmiş 43 yaşlı N.A-nı, 2019-cu il mayın 11-dən 16-dək olan dövr ərzində isə 34 yaşlı Ş.M-nı Türkiyənin Konya şəhərinə aparıb. Daha sonra isə orada qurbanlarını cinsi istismara məcbur edib.

Hər iki zərərçəkmişin Bakının Binəqədi rayonundan Türkiyəyə aparıldığı bildirilir.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR