İnquşetiyada polislə silahlılar arasında toqquşma olub
İnquşetiyanın Sunjen rayonunun Qalaşki kəndi yaxınlığında xüsusi xidmət orqanlarının əməkdaşları və silahlılar arasında toqquşma baş verib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu gün axşam saatlarında xüsusi xidmət orqanlarının əməkdaşları hələlik məlum olmayan şəraitdə qanunsuz silahlı qruplaşmanın üzvləri ilə rastlaşıb. Hazırda döyüşün davam etdiyi bildirilir. Hadisə yerinə əlavə qüvvələr cəlb olunub.
“İTAR-TASS”ın məlumatına görə, atışma zamanı 63 yaşlı yerli sakin təsadüfən güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.






